Vəzifəli şəxs oğurluq qaza görə işdən QOVULDU

Vəzifəli şəxs oğurluq qaza görə işdən QOVULDU
  14 Aprel 2014    Oxunub:1053
Tərtər rayon Qaz İstismar Sahəsinin rəisi sayğacdan kənar qazdan istifadə etdiyinə görə işdən çıxarılıb.
AzVision.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, bu barədə “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Azər Ağayev bildirib.

Onun sözlərinə görə, Tərtər rayon QİS-nin rəisi Bakir Qurbanov Azəriqaz İstehsalat Birliyi baş direktorunun 10 aprel tarixli əmri ilə işdən azad olunub.

Rəisin vəzifəsindən azad olunmasına səbəb işdə yol verdiyi nöqsanlardır. Belə ki, Bakir Qurbanov sayğacdan kənar qazdan istifadə edib.


Teqlər:  





Xəbər lenti