Qəbələdə zibil qutusunda doğranmış qadın meyiti tapılıb

   Qəbələdə zibil qutusunda    doğranmış qadın meyiti tapılıb
  06 Mart 2022    Oxunub:1906
Qəbələ rayonunda gənc qadının hissələrə ayrılmış meyiti tapılıb.

AzVision.az "Report"a istinadən xəbər verir ki, dünən axşam saatlarında şəhər ərazisində məişət tullantılarının atıldığı qutudan qadın əli tapılıb.
Daha sonra qutularda sellofan torbalara yığılaraq atılmış meyitin digər hissələri aşkarlanıb.

Tapılan meyitin 20-25 yaşlarında olan gənc qadına aid olması ehtimal olunur.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti