Zərərli vərdişlərin profilaktikasına dair sosial çarx çəkilir

Zərərli vərdişlərin profilaktikasına dair sosial çarx çəkilir
  02 Mart 2022    Oxunub:1766
“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən zərərli vərdişlərin profilaktikasına dair çəkiləcək sosial çarxın hazırlıq işləri başa çatıb. Bu barədə AzVision.az –a İctimai birliyin direktoru Nihad Hüseynli məlumat verib.
- Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə zərərli vərdişlərin profilaktikasına həsr olunan sosial çarx çəkiləcək.

Qeyd edilir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim edilmiş ssenariyə uyğun olaraq, rejissor, ssenarist, aktyorlar və çəkilişin texniki heyəti ilə görüş keçirilib, ssenari üzrə bir daha müzakirələr aparılmış, sosial çarxın çəkiləcəyi ünvanlar müəyyənləşdirilib.

- Sosial çarxın çəkilişi bitəndən sonra bu barədə donora və ictimaiyyətə əlavə məlumat veriləcək.

AzVision.az




Teqlər:





Xəbər lenti