Xarkovdakı konsulluğumuzun yanına raket düşüb, pəncərələrin şüşəsi sınıb

   Xarkovdakı konsulluğumuzun yanına raket düşüb,    pəncərələrin şüşəsi sınıb
  02 Mart 2022    Oxunub:1764
“Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun binasının yaxınlığına, 200 metr məsafədə qanadlı raket düşüb”.
AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib. O qeyd edib ki, bunun nəticəsində yaxınlıqdakı binaların, o cümlədən, konsulluğun iki pəncərəsinin şüşələri sınıb:

“Bütün təhlükələrə baxmayaraq, Fəxri konsulluq fəaliyyətini davam etdirir. Hazırda Fəxri konsulluqda mən və konsulluğun üç əməkdaşı var. Biz Azərbaycan vətəndaşlarının müraciətini qəbul edirik və onların təxliyəsinə yardım etməyə çalışırıq”.

AzVision.az



Teqlər: Xarkov  





Xəbər lenti