Ukraynada 5 Azərbaycan vətəndaşı həlak olub

   Ukraynada 5 Azərbaycan vətəndaşı həlak olub
  02 Mart 2022    Oxunub:1349
Ukraynada müharibə başlayandan bəri 5 nəfər Azərbaycan vətəndaşı həlak olub. AzVision.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva brifinqdə bildirib. “Ukraynadakı vətəndaşlarımızdan təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edirik”, - deyə Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, təhlükəli vəziyyətlə üzləşən vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən müvafiq addımlar atılır.

O bildirib ki, bu günədək Ukraynadan 4000-ə yaxın azərbaycanlı sərhədi keçib. Hazırda hərbi əməliyyatların davam etdiyi ərazilərdən azərbaycanlıların təxliyəsi əsas məsələdir. Leyla Abdullayeva, həmçinin qeyd edib ki, dünən 800-dən çox azərbaycanlı qatarla Xarkovdan Moldova istiqamətində yola salınıb.

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti