Cəlilabadda DTX və polis əməliyyat keçirib

Cəlilabadda DTX və polis əməliyyat keçirib
  26 Fevral 2022    Oxunub:2100
Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon şöbəsi əməkdaşları birgə əməliyyat keçirib, saxlanılanlar var.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhər sakinləri - Q.Əzizli və əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılıblar.

Onlardan 15 kiloqram 900 qram heroin və 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti