Turqut Qəmbərin məntiqi, yaxud, “Qaraja görə Vətəni satmağa hazıram”

Turqut Qəmbərin məntiqi, yaxud, “Qaraja görə Vətəni satmağa hazıram”
  03 Aprel 2013    Oxunub:1250
NİDA-nın fəallarından olan Turqut Qəmbər sosial şəbəkələrdə açıqlama verərək bildirir ki, onu da həbs edə bilərlər. Maraqlıdır, görəsən, Turqut Qəmbərin həbs oluna biləcəyi ilə bağlı “cəsarətlə” belə bir fikir irəli sürməsinin arxasında nə dayanır?

Bu yerdə kinorejissor Eldar Ryazanovun “Qaraj” filmindəki məşhur “Qaraja görə vətəni də satmağa hazıram” deyimi lap yerinə düşür. Turqut Qəmbərin məlum açıqlamasının siyasi istiqaməti və hüquqi mahiyyəti barədə nəsə demək istəməzdik. Lakin Turqut Qəmbərin siyasi baxışları hamımıza bəlli olduğundan onun söyləcəyi fikir və ya mülahizələrin nədən ibarət olacağını, hardan qaynaqlandığını qabaqcadan zənn etmək çətin deyil.

Mümkün olmayan bir məsələ var ki, o da Turqut Qəmbərin öncəgörənliklə özünün də həbs ediləcəyini dilə gətirməsidir və elan etməsidir. O, bunu kimə elan edir? Qanunsuz siyasi aksiyalara pul-para verən «dayılar»a? Bəlkə çörəyi belələrinin hüquqlarını müdafiə etməkdən çıxan hüquq müdafiəçilərinə? Bəs kimə? Axı bir gənc qanun-qaydanın nə olduğunu bildiyi halda və onu pozmağın hər kəsə (istər o gənc YAP-çı olsun, istərsə də müxalifətçi), məsuliyyət yaratdığı şəksiz olduğu halda, Turqut Qəmbər hardan bilir ki, onu da həbs edə bilərlər?

Axı yadımızdadır ki, hələ 2003-cü ildə Prezident seçilərində İsa Qəmbərin də o mənada həbsi mümkün idi, lakin onu həbs etmədilər. Deməli, bu ölkədə bəzilərinin düşündüyünün əksinə olaraq, qanun hamı üçün eynidir və heç kəsə siyasi baxışlarına görə tətbiq edilmir, təzyiq də ola bilməz. Təbii ki, bu siyasi fəaliyyət qanun çərçivəsindədirsə. İkincisi və ən vacibi, qanunun keçilməz sərhədləri var və onu pozmaq mütləq mənada məsuliyyət yaradır. Əgər sən qanunun həmin o sərhədlərini keçməmisənsə və ya keçmək fikrində deyilsənsə, nədən düşünürsən ki, səni də həbs edə bilərlər? Bəlkə sənə həqiqətən də həbs olunmaq lazımdır??? Bax bunu dəqiqləşdirmək lazımdır.

Əslində, bu məsələ heç müzakirə ediləsi bir mövzu da deyildi. O mənada ki, bəzən ən ucuz bir mövzunu müzakirə edib onun qəhrəmanını süni şəkildə gündəmə gətirib hörmətli-izzətli edirik, sonra da «yetişdirdiyimiz» bu qəhrəmanın iddiaları ilə qarşılananda günahı özümüzdə yox, həmin o «qəhrəmanda» axtarırıq. Bir sözlə, elə bu mövzunu da çox müzakirə etməyin tərəfində deyiləm. Çünki əgər bir gənc həbs edilməyini qabaqcadan gözünün altına alırsa və bu həbs onun könlündən keçirsə, deməli, onun yolu və məqsədi səmimi deyil. Məsələn, Turqut Qəmbər deyir ki, "Zaurla artıq "NİDA"dan 7-ci adamdır ki, oğurlanır, hakimiyyət tərəfindən girov götürülür. Buna münasibət birmənalıdır. Burada motiv aydındır ki, hakimiyyət bizi, sadəcə, məhv etmək istəyir. Bu bəlkə də son dövrlərdə presedenti olmayan hücumdur. Heç bir təşkilata, quruma qarşı xeyli müddətdir ki, belə hücum olmayıb. Eyni vaxtda bir təşkilatın 7 üzvü hər hansı bir səbəb olmadan həbs olunur».

Görürsünüz, Turqut Qəmbər də keçmiş ABU rektoru Elşad Abdullayevin dilindən əskik olmayan «adam oğurluğu» ifadəsi ilə danışır. Başa düşmürəm, qanunu pozmuş-cinayət törətmiş şəxsin saxlanılması və onun hərəktinə hüquqi qiymət verilməsi, araşdırma aparılması nə vaxtdan adam oğurluğu sayılır? Və o deyir ki, indiyədək heç bir qurumun birdən-birə 7 üzvü saxlanılmayıb. Yenə də soruşmaq lazım gəlir ki, bir təşkilatdan 7 deyil, 77 qanun pozucusu olsun, onlar saxlanılmalı və onların hərəkətinə hüquqi qiymət verilməli deyil? Bu başqa məsələdir ki, bəlkə kimsə ölkədə istimai asayişin pozulmasında və cəzasızlıq mühitinin meydan sulamasında maraqlıdır! Əgər belədirsə, onda Üzeyir bəyin məşhur «Məşədi İbad» operettasında deyildiyi kimi: «Bax, bu başqa məsələ…» Və bu «məsələ»dən başqa bir məsələ çıxanda isə deyirlər ki, hakimiyyət niyə cinayətkarlığın qarşısını almır? Hansı ki, yuxarıda dedim, qanun hamı üçündür. İstər onu pozan «NİDA»çı olsun, istərsə də başqa partiyanın üzvü…

P.S. Bəzən deyirlər ki, cinayətkarın milli mənsubiyyəti olmur… Mən isə deyərdim: cinayətkarın siyasi partiya mənsubiyyəti də olmur, istəkli Turqut Qəmbər və onun düşüncəsində olanlar!

P.P.S. Bizdə olan məlumata görə, hazırda Turqut Qəmbər ciddi-cəhdlə toya hazırlaşır, həbsə yox!

“İki Sahil”


Teqlər:  





Xəbər lenti