Dövlət Qurumu onlayn rejimə keçdi

Dövlət Qurumu onlayn rejimə keçdi
  03 Aprel 2013    Oxunub:1312
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi elektron xidmətlər göstərməyə başlayıb.
Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Qərarı ilə Komitə tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq olunub və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Beləliklə, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nda Komitəyə aid edilmiş 13 adda elektron xidmətin göstərilməsinə başlanılıb.

Komitənin elektron xidmətlərinin 3-ü akkreditasiya, 6-sı patent, 2-si standartlaşdırma, 1-i metrologiya sahələrinə, 1-i isə cərimələrin onlayn ödənişinə aiddir.

Belə ki, artıq sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər laboratoriyaların və sertifikatlaşdırma orqanlarının akkreditasiyası, həmçinin sənaye mülkiyyəti obyektlərinin mühafizəsi ilə bağlı işləri, ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatların alınması və s. ilə bağlı müraciət və sənədləri elektron formada - Komitənin elektron xidmətlər sisteminə (https://azvision.az/redirect.php?url=http://www.e-xidmet.azstand.gov.az) daxil olmaqla göndərə, həmçinin dövlət rüsumlarını real vaxt rejimində onlayn ödəyə bilərlər.

Sevinc


Teqlər:





Xəbər lenti