Benzinin gömrük rüsumundan azad edilməsinin səbəbi açıqlandı
İ.Əhmədov qeyd edib ki, dövrü təmir-sazlama işləri bu ilin birinci yarısında olacaq:
"Həmin dövrü təmir müddətində zavoda benzin istehsal olunmur, yanacaq növlərindən ancaq dizel istehsal olunur. Venzin ehtiyatı olsa da bu, yəkifayət etməyə bilər. Buna görə də həmin dövrdə Aİ-92 benzinin idxalına ehtiyac yaranır. Ona görə də dövrü təmir başlamamışdan əvvəl idxal rüsumu ləğv olunur, aksiz dərəcəsi azaldılır ki, müvəqqəti kənardan benzin idxal olunsun. Bu müvəqqəti addımdır, zavodun təmiri başa çatandan sonra benzinin istehsalı davam etdiriləcək"
Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Qərara əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin hər 1000 litri üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv olunub
Aytən Zəhra
AzVision.az
Teqlər: Benzin