FHN-dən taxta bazarında baş vermiş yanğınla bağlı AÇIQLAMA

FHN-dən taxta bazarında baş vermiş yanğınla bağlı AÇIQLAMA
  07 Aprel 2014    Oxunub:1221
"Bazarın ərazisində 1050 kv.m sahədə ştabellərə yığılmış, vətəndaşlara məxsus 450 kub.m taxta materialları yanıb"
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda taxta satışı bazarında baş verən yanğın barədə məlumat yayıb.

AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda taxta satışı bazarında yanğın hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xitmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində xilasedicilər yanğınsöndürənlərin xidməti işinə köməklik məqsəd ilə geniş təxliyə əməliyyatı həyata keçiriblər.

Yanğınsöndürmə əməliyyatları zamanı xilasedicilər vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin edib və müvafiq mühafizə tədbirləri həyata keçirərək yanğının baş verdiyi ərazidən ümumilikdə 35 nəfəri təxliyə ediblər.

Bazarın ərazisində 1050 kv.m sahədə ştabellərə yığılmış, vətəndaşlara məxsus 450 kub.m taxta materialları yanıb. Taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub. Yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər fəhlə Təcili Tibbi Yardım Xidməti tərəfindən xəsətəxanaya aparılıb.

Yanğın saat 14:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Teqlər:  





Xəbər lenti