Taxta bazasında yanğın zamanı 8 nəfər xəsarət alıb

Taxta bazasında yanğın zamanı 8 nəfər xəsarət alıb
  06 Aprel 2014    Oxunub:1119
Səhiyyə Nazirliyi: Binəqədidə baş vermiş yanğından 8 nəfər zərər çəkib.
Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonundakı poladərtimə zavodunun arxasında yerləşən taxta bazasında baş verən yanğınla bağlı rəsmi məlumatını açıqlayıb.

AzVision.az xəbər verir ki, Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səhər 8:30-da başlamış yanğınla bağlı 103 xidmətinə hadisə şahidləri məlumat veriblər.

Təcili Tibbi Yardım briqadası hadisə yerində yanğından zərər çəkmiş 8 nəfərə yardım göstərib. Onların dördünə ambulator yardım göstərilib. Dörd nəfər isə Təcili Tibbi Yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsinə aparılıb.

Yanğın hazırda davam edir və 103 xidmətinin iki briqadası hadisə yerindədir.


Teqlər:





Xəbər lenti