Tikinti işləri ilə tanış olmaq üçün əraziyə baş çəkdik. Şahidi olduq ki, binanın tikintisi başa çatıb. Hazırda binanın fasadlama və vitrajlarının qoyulması işləri həyata keçirilir.
Bakı Metropoliteninin mətbuat xidmətindən verilən məlumata görə, korpusun istifadəyə verilməsi bu ilin ikinci yarısına nəzərdə tutulub. Hazırda son tamamlama işləri aparılır.
Qeyd edək ki, binanın hündürlüyü 33 metr, mərtəbələrin sayı isə 9 olacaq.