Bu gün ilin ilk sınaq imtahanları keçirlir

Bu gün ilin ilk sınaq imtahanları keçirlir
  06 Aprel 2014    Oxunub:1025
AzVision.az ANSPRESS-ə istinadən verdiyi xəbərə görə, bu gün Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək etmək məqsədilə ilk sınaq imtahanlarını keçirir.

TQDK-dan verilən məlumata görə, sınaq imtahanları respublikanın 22 şəhər və rayonunda ümumilikdə 62 binada təşkil olunub.
İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 49405 yer ayrılıb, qeydiyyat internet vasitəsilə martın 27-dən aparılıb.TQDK sınaq imtahanlarında iştirak edəcək abituriyentlərin diqqətinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilir. Bu iki sənəddən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda, eləcə də başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

Bu müddətdə ümumilikdə 6 sınaq imtahanı keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar olacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanlarının aprelin 6-dan iyunun 1-dək keçirilməsi nəzərdə tutulur.



Teqlər:





Xəbər lenti