Ehtiyatsızlıqdan ölə bilərdi

Ehtiyatsızlıqdan ölə bilərdi
  03 Aprel 2013    Oxunub:1525
Bakının Xətai rayonunda 17 yaşlı qız yaşadığı binadan yıxılıb.
Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsindən verilən məlumata görə, hadisə dünən saat 13:15 radələrində baş verib.

Şıxlınski küçəsi 17 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Fidan İsfəndiyar qızı Əlirzayeva 8-ci mərtəbədən düşüb.

Gənc qız xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

F.Əlirzayevanın pəncərələrin şüşələrini silərkən ehtiyatsızlıqdan yıxıldığı bildirilir. Möcüzə nəticəsində sağ qalan qız 263 saylı məktəbin 10-cu sinif şagirdidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti