QHT sədri Macarıstanı ASAN-in təcrübəsini öyrənməyə çağırdi

QHT sədri Macarıstanı ASAN-in təcrübəsini öyrənməyə çağırdi
  05 Aprel 2014    Oxunub:1533
“Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynli Macarıstanda “Macar-Azərbaycan vətəndaş cəmiyyətinin təcrübə mübadiləsi
ilə bağlı keçirilən beynəlxalq konfransda iştirak edir.

Birlikdən verilən məlumata görə, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici qht-lər üçün Azərbaycanın təbliği ilə bağlı elan etdiyi qrant proqramı nəticəsində reallaşıb. Tədbirdə Macarıstanın dövlət qurumlarının, vətəndaş cəmiyyətinin nümayəndələri, eyni zamanda, Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Azərbaycan Prezidenti yanlnda QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov və digər qht sədrləri çıxış ediblər.

Tədbirdə DİGİB rəhbəri Vüsalə Hüseynli də çıxış edib. təşkil edəcək. Təşkiat sədri Azərbaycandakı insan hüquqlarının vəziyyətindən, qht- dövlət dialoqundan söhbət açıb. QHT sədri bildirib ki, Azərbaycan qadinin möhtəşəm portiretini, Azərbaycanın birinci xanimi Mehriban Əliyevin timsalinda müşahidə etmək mümkündür: “Mehriban xanım eyni zamanda Azərbn qadınlarının, Şərq qadının portiretinin Avropaya, dünyaya təqdimatıdır”.

Vüsalə Hüseynli Azərbaycanın brendi sayılan “ASAN Xidmət” barədə də macar ictimaiyyətinə məlumat verib və bu xidmətin təcrübəsindən faydalanmağa çağırıb. QHT sədri bildirib ki, dünyanın Azərbaycan brendinə marağı Avropanın da Azərbaycandan öyrənməli olduğu bir çox sahələrin varlığını bir daha təsdiqləyir.


Teqlər:  





Xəbər lenti