Azərbaycanlı jurnalist `Odnoklassniki`nin bəlasına düşüb

Azərbaycanlı jurnalist `Odnoklassniki`nin bəlasına düşüb
  04 Aprel 2014    Oxunub:1937
İnterpress.az-ın əməkdaşı Səxavət Məmməd "Odnoklassniki" sosial şəbəkəsində fahişəlik xidməti təklif edən qadınlardan biri ilə əlaqə saxlayaraq, onların təklif etdiyi ünvana yollanıb.
İmitasiya xarakterli bu görüşun qurbanına çevrilən jurnalist 1 qadınla görüş təyin etsə də, əlavə 2 qadın da eyni masaya əyləşərək martini sifariş ediblər. Daha sonra müxbirə 4 martini üçün 130 manat hesab gəlib.

Hazırda jurnalistdən bu məbləğin ödənilməsi tələb olunur. Əks-təqdirdə onu "əzişdirməklə" hədələyirlər. Görüş üçün təklif olunan 25 manatı ödəyən jurnalistə qalan məbləğin gətirilməsi üçün vaxt qoyulub. Hazırda o, Səbail rayonu 39-cu polis bölməsinə şikayət ərizəsi ilə müraciət etməyə hazırlaşır.

Qeyd edək ki, üzərində heç bir adı olmayan həmin məkan Səməd Vurğun Parkından bulvara gedən istiqamətdə (təxminən 100 metr) "Anadolu" adlı restoranın yanında yerləşir.


Teqlər:  





Xəbər lenti