Deputat: `Niyə Filippindən dayə gətirirlər?`
O, bildirib ki, Azərbaycanda ingilis dilini bilən və dayəlik edə bilən işsiz qadınlar var: `Filippinli qadın Azərbaycan uşağına nə tərbiyə verəcək? O uşaq gələcəkdə Filippinli qadını özü üçün mələk biləcək. Halbuki, öz ölkəmizdən olan qadınların uşaqlara verdiyi tərbiyə daha yaxşı olar. Başa düşürəm ki, bəzi zəngin insanlar istəmirki, onların evlərini Azərbaycandan olan insan görsün. Hətta bir dəfə belə bir dayə ilə bağlı cinayət hadisəsi də baş verdi. Bununla bağlı İnsan Alverinə qarşı Milli Koordinasiya Şurasının koordinatoru Vilayət Eyvazovdan xahiş edirəm ki, bu məsələyə diqqət yetirsinlər`.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, general-leytenant Vilayət Eyvazov isə deputatın iradına cavab olaraq bildirib ki, Azərbaycan çox zəngin ölkədir. Hər kəs Azərbayacan gələ bilər. Bu məsələni Miqrasiya Nazirliyi ilə birgə araşdırıb məsələyə baxacağıq.
Nihadə