Dünyada yeni okean kəşf edilib

Dünyada yeni okean kəşf edilib
  04 Aprel 2014    Oxunub:1504
NASA-nın Cassini kosmik gəmisi Saturn planetinin 6-cı peyki olan Enceladusda nəhəng bir okean kəşf edib.
Bu barədə dəqiq dəlillər üzə çıxıb. “Science” elm dərgisində yayımlanan araşdırma nəticələrinə görə, bu peydəki nəhəng okeanda canlıların mövcud olması ehtimalı böyükdür.

Enceladusda okeanın ola bilməsi haqqında ehtimallar hələ 2005-ci ildə Cassini kosmik gəmisinin peykin cənub qütbündə su buxarı və püskürən vulkanı kəşf etməsiylə üzə çıxmışdı.

Cassinidən gələn son siqnalları incələyən alimlər peykin daxili ölçülərini də hesablamağa nail olublar.

Bildirilənlərə görə, okeanın dərinliyi 10 km-ə yaxındır. Bu okeanın günəş sistemində mikrobial canlıların yaşaması üçün ən uyğun bölgələrdən biri olduğu qeyd edilir.

Qeyd edək ki, Enceladus peyki astronom Frederick William Herschel tərəfindən 1789-cu ildə kəşf edilib.

Emin Piri


Teqlər:





Xəbər lenti