Azad Rəhimov gənclərlə fasiləsiz görüşdü

Azad Rəhimov gənclərlə fasiləsiz görüşdü
  02 Aprel 2013    Oxunub:1657
Gənclər və idman naziri Azad Rəhimov tərəfindən cari ilin aprel ayının 2-də Lənkəran şəhərində vətəndaşların qəbulu keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ümumilikdə qəbulda Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarından 50-dən çox vətəndaş iştirak ediblər.

Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində təşkil edilən qəbul saat 11:00-dan başlanıb və gün əzrində fasiləsiz olaraq davam edib.

Qəbula gələn yerli sakinlər əsasən öz şəxsi problemlərini dilə gətirərək müxtəlif məsələlər üzrə kömək istəyiblər.
Maraqlıdır ki, qəbula gələn gənclərin bir qismi müxtəlif ideya və təkliflər irəli sürüblər.

Müraciət edən vətəndaşlar daha çox yol çəkilişi, sahibkarlıq fəaliyyəti, güləş məktəbinin açılmasına kömək, süni örtüklü futbol meydançası, narkomaniya ilə mübarizə kurslarının təşkili, güzəştli ipoteka krediti, dövlət qulluğuna qəbul, bəzi kəndlərdə futbol meydançasının inşası, işə düzəlmə, gənclər təşkilatının yaradılması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün gənclər mərkəzinin inşası, yeni idman məktəblərinin və idman bölmələrinin açılması, elmi layihənin dəstəklənməsi, məktəbdə idman zalının tikintisi və s. məsələlərlə bağlı olub.

Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Qeyd edək ki, vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələrində elan olunmuş qayda üzrə, müvafiq rayonların yerli gənclər və idman idarələri ilə əlaqə saxlayaraq qəbula yazılıblar.

Sevinc


Teqlər:  





Xəbər lenti