Şəkidə avtomobil körpüdən aşdı

Şəkidə avtomobil körpüdən aşdı
  04 Aprel 2014    Oxunub:2120
AzVision.az APA-ya istinadən verdiyi xəbərə görə, Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə saat 18.00 radələrində Şəki-Qax yolunun İnci kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 66-BB-759 dövlət nömrə nişanlı VAZ-2101 markalı avtomobil Qax istiqamətində hərəkətdə olarkən, sürücü idarəetməni itirib və maşın Şin çayı üzərindəki körpüdən aşağı düşüb.

Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Sərnişinlər - iki qadın və iki kişi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan ikisinin vəziyyəti ağır olduğu üçün onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Qəzaya düşmüş şəxslərin bir ailənin üzvü olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Teqlər:





Xəbər lenti