Gəncədə hərbi çağırış – FOTOSESSİYA

Gəncədə hərbi çağırış – FOTOSESSİYA
  03 Aprel 2014    Oxunub:1685
Bu gün Gəncədə həqiqi hərbi xidmətə çağırışla bağlı təntənəli mərasim keçirilib.
Mərasimdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin Gəncə şəhər şöbəsinin sədri Almaz Aşurov, ziyalılar, ağsaqqallar, veteranlar, valideynlər və gənclər iştirak ediblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon Şöbəsinin rəisi, mayor Əjdər Babazadə bildirib ki, bu gün Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməyə qadir güclü ordusu var. Azərbaycanın Silahlı Qüvvələri nəinki regionun, eləcə də dünyanın ən güclü ordularından biri sayılır. Ölkə başçısının tapşırığına uyğun olaraq, bütün sahələrdə olduğu kimi, ordumuzda da son elmi-texniki yeniliklər tətbiq edilir.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Kəpəz və Nizami rayon Veteranlar şuralarının sədrləri Yusif Məmmədov, Tofiq Hüseynov, SSRİ Silahlı Qüvvələrinin veteranı Kərəm Həsənov ordu sıralarına yola düşən bütün gənclərimizin onlara göstərilən diqqət və qayğını layiqincə doğruldacaqlarına, Vətənimizə şərəflə xidmət edəcəklərinə, şanlı ənənələrimizi sədaqətlə yaşadacaqlarına inandıqlarını qeyd edib və müvəffəqiyyətlər arzulayıblar.

Qalereya




Teqlər:





Xəbər lenti