Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  03 Aprel 2014    Oxunub:870
Sabah Bakı və Abşeron yarımadasında sabah günün birinci yarısında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.

Aprelin 4-də Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Cənub-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlarda isə gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti