Həkimlər ikinci dəfə imtahana çəkilib

Həkimlər ikinci dəfə imtahana çəkilib
  02 Aprel 2013    Oxunub:1260
Səhiyyə Nazirliyi bu gün həkimlərin işə qəbulu üzrə ikinci mərkəzləşdirilmiş imtahanı keçirir.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, imtahanda 40 namizəd iştirak edir.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrində vakant yerlərə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə ilk imtahan martın 28-də keçirilib.

İmtahanda iştirak edən 110 nəfərdən 66-sı uğur qazanaraq ikinci mərhələyə buraxılış vəsiqəsi qazanıb. 44 nəfər isə imtahandan kəsilib.



Teqlər:





Xəbər lenti