İlham Əliyev baş direktoru qəbul edib
Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafında siyasi və iqtisadi əlaqələrlə yanaşı təhlükəsizlik məsələlərinin də mühüm əhəmiyyət daşıdığını qeyd etdi.
Hər bir ölkənin təhlükəsizliyinin təmin olunmasında sərhəd xidmətinin önəmini qeyd edən dövlətimizin başçısı ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Paytaxtımızda gedən böyük inkişaf proseslərinin şahidi olduqlarını deyən Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvat dost Azərbaycanın son illər əldə etdiyi yüksək nailiyyətlərə sevindiklərini vurğuladı.
Zumeyyim bin Cuveybir Əs-Səvvat ölkələrimizin sərhəd xidmətləri arasında əməkdaşlığın yaxın gələcəkdə inkişaf etdiriləcəyinə və bu sahədə qarşılıqlı əlaqələrin Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
AzVision.az