Zaqatala şəhərinin yeni Baş planı hazırlanıb

Zaqatala şəhərinin yeni Baş planı hazırlanıb
  02 Aprel 2014    Oxunub:4429
Zaqatala şəhərinin yeni Baş planının hazırlanması ilə bağlı işlər başa çatdırılıb. Yeni Baş plan Zaqatala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi ilə “Azərmemarlayihə” Baş Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb.

AzVision.az xəbər verir ki, rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, Zaqatala şəhərinin 1979-cu ildə hazırlanan əvvəlki Baş planı son dövrlər öz əhəmiyyətini itirdiyi üçün yeni Baş planın hazırlanmasına ehtiyac yaranmışdı. Baş planda Zaqatala şəhərinin ərazisi 4 dəfəyə yaxın genişləndirilərək hazırkı 368,6 hektardan 1438 hektara çatdırılmışdır. Bu məqsədlə şəhərin ətrafında yerləşən Car, Kebeloba, Göyəm, Çökəkoba, Yuxarı Tala, Aşağı Tala, Zilban kəndlərinin və Qazangül qəsəbəsinin ərazisindən ümumilikdə 1070 hektar torpaq sahəsi ayrılıb.

Hazırda Zaqatala şəhərinin yeni Baş planı təqdimatına hazırlıq görülür. Rayon İcra Hakimiyyətinin və Layihə İnstitutunun mütəxəssislərinin iştirakı ilə keçirilən son müzakirələrdə şəhərin inkişaf perspektivləri nəzərə alınaraq bir sıra təkliflər irəli sürülüb. Bu təkliflərdə şəhərə yeni birləşdirilmiş torpaqların təyinatının müəyyənləşdirilməsi, alternativ yolların və küçələrin, o cümlədən Azərbaycan prospektindən Qala düzü ərazisinə yol çəkilməsi, şəhərin mərkəzi hissəsində yerləşən sənaye obyektlərinin, həmçinin şəhərin mərkəzindən keçən Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral avtomobil yolunun kənara çıxarılması və digər məsələlər əksini tapıb.


Teqlər:





Xəbər lenti