Vergi Xidmətinin büdcə daxilolmaları 16% artıb

Vergi Xidmətinin büdcə daxilolmaları 16% artıb
  10 Dekabr 2021    Oxunub:703
Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti büdcəyə 7 961,8 milyon manat vəsait köçürüb.
AzVision.az quruma istinadən xəbər verir ki, bu, proqnozdan 21%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 15,7% çoxdur. Vergi daxilolmalarının 5 870,1 milyon manatı qeyri-neft-qaz sektorundan toplanılıb. Bu isə proqnozdan 14,8% çox, 1 il əvvələ nisbətən isə 13,5% çoxdur.

Hesabat dövründə Azərbaycanın regionları büdcəyə 866,6 milyon manat “xeyir verib”. Bu isə proqnozdan 14,3%, illik müqayisədə isə 9,3% çoxdur.

AzVision.az


Teqlər: Vergi  





Xəbər lenti