Bakının daha bir küçəsi əsaslı təmir edilir
Hazırda xidməti maşınlarla əraziyə gətirilən mərmər bardürlər yol kənarına düzülərək hissə-hissə vurulur.
Təmir işləri Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Tbilisi prospektinə qədər 3,4 km-lik məsafədə aparılır. Yaxın 10 gün ərzində isə yolda əsaslı təmir işləri görüləcək.
Yəni bardürlər dəyişdirildikdən sonra yolun hazırkı asfalt örtüyü qaşınacaq və zəruri hissələrdə genişləndirmə işləri aparılaraq yeni asfalt örtüyü döşənəcək.
Ərazidəki təmir işlərini həyata keçirən "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev, yolda asfalt vurma işlərinin aparılması sürücülər üçün elə də ciddi problem yaratmayacağını bildirib:
“Yol hissə-hissə asfaltlanacaq, bu zaman yol bağlanmayacaq. 2 gündür ki, başlanan təmir işləri hələ 2-3 ay davam edəcək”.