Rayonlara yağış yağacaq, duman olacaq

Rayonlara yağış yağacaq, duman olacaq
  01 Aprel 2014    Oxunub:923
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında
aprelin 02-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-7, gündüz 14-18, bəzi yerlərdə 21 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 02-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 13-18, bəzi yerlərdə 21 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti