Bu gün 20 dərəcə isti olacaq

Bu gün 20 dərəcə isti olacaq
  01 Aprel 2014    Oxunub:845
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında
bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-6, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz saatlarında ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Aprelin 01-02-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Martın 03-də güclü xəzri küləyi meteohəssas insanlar üçün əlverişsizdir.



Teqlər:





Xəbər lenti