Bu layihə çərçivəsində azərbaycanlı mütəxəssislər üçün təlimlər keçiriləcək və təşkilat ölkəmizdə müvafiq ixtisaslaşmış tibbi mərkəzin yaradılmasına dəstək verməyə hazırdır.
Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə uşaqların sağlamlığı və rifahının sərhəd tanımadığını, milli mənsubiyyətə görə fərqləndirilmədiyini qeyd edib. O, Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın özünün ixtisasca bir həkim olaraq, səhiyyə sahəsindəki layihələrə, o cümlədən uşaqların müalicəsinə xüsusi qayğı göstərdiyini və bu fəaliyyətləri şəxsən diqqətdə saxladığını bildirib.