Şirvanda intiharın qarşısı alınıb

  31 Mart 2014    Oxunub : 456
Şirvanda intiharın qarşısı alınıb
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Şirvan şəhəri ərazisində yaşlı qadının intihara cəhd etməsi barədə məlumat daxil olub.
Hadisə yerinə gəlmiş yanğınsöndürən-xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən həmin şəxsin təxminən 15 metr hündürlükdən özünü aşağı atmaq niyyətində olduğu məlum olub.

Yanğınsöndürən-xilasedicilər qadınla aparılan danışıqlar zamanı yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını alıblar. Xilasetmə əməliyyatı saat 20:02-də başa çatıb.

Teqlər: