Bakıda daha bir əsas yol bağlandı

Bakıda daha bir əsas yol bağlandı
  01 Aprel 2014    Oxunub:1007
AzVision.az Trend-ə istinadən verdiyi xəbərə görə, Bakıda yeraltı keçidin tikildiyi Fətəli xan Xoyski prospektində ("Gənclik" metrostansiyasının yaxınlığı) nəqliyyatın hərəkətində böyük sıxlığın qarşısı almaq üçün Vaqif prospektindən F.Xoyski istiqamətində yol müvəqqəti bağlanıb. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yol sabah açılacaq.

Yeni keçid Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yaxınlığında tikilir.

Hazırda bu istiqamətdə hərəkət Vaqif prospektindən Əhməd bəy Ağaoğlu küçəsinədək yeni yolla həyata keçirilir.


Teqlər:  





Xəbər lenti