"Araz boyunca dəmir və quru yolunun inşası məsələsi həllini tapıb" - Ərdoğan

   "Araz boyunca dəmir və quru yolunun inşası məsələsi həllini tapıb" -    Ərdoğan
  29 Noyabr 2021    Oxunub:932
Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mənə görüşün çox yaxşı və məhsuldar keçdiyini bildirdi.
AzVision.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu görüşlə Araz çayı boyunca dəmir yolu və quru yolunun inşası məsələsi də həllini tapıb.

"Bununla yanaşı İğdıradək salınacaq avtomobil yolu məsələsi də var. Magistral yolun çəkilməsi ilə Naxçıvan problemi həll ediləcək, digər tərəfdən isə Ermənistan torpaqlarından keçməklə Azərbaycanın İğdır ilə əlaqəsinin qurulması çox uğurlu addım olacaq. Bundan başqa, istər avtomobil yolu, istərsə də dəmir yolu ilə insan və yük daşımalarında mühüm addım atılacaq".

AzVision.az

Teqlər: Ərdoğan   Soçi  







Xəbər lenti