“Ehtiyac meyarı”na ehtiyac yoxdur – TƏHLİL

// Əsas diqqət minimum istehlak səbətində cəmləşdirilməlidir

   “Ehtiyac meyarı”na ehtiyac yoxdur –    TƏHLİL
  25 Noyabr 2021    Oxunub:4124
Vətəndaşın ən zəruri sosial ehtiyacının və tələbatının düzgün müəyyən edilməsi ölkədə həyata keçirilən ümumi sosial müdafiə siyasətinin və mexanizminin əsasını təşkil edir. Bizdə bunun üçün bir neçə göstəricidən istifadə olunur: Minimum istehlak səbəti, ehtiyac meyarı, yaşayış minimumu, minimum əməkhaqqı və sair. Problem ondadır ki, bunların heç biri digərinə uyğun gəlmir.
Uzun müddət idi, məsələn, minimum əməkhaqqı yaşayış minimumu səviyyəsindən aşağıda idi. Aydın deyildi ki, minimum əməkhaqqı mexanizmi əslində nəyi müəyyən edir və nədən ötrü tətbiq olunur. Düzdür, qanunvericilikdə qeyd edilir ki, minimum əmək haqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə verilən aylıq ən aşağı əməkhaqqı məbləğidir. Və ölkə üzrə müqavilə əsasında bütün növ muzdlu əməyə görə əməkhaqları məhz buna əsasən ödənilir.

Ölkədə əhalinin sosial müdafiəsini gücləndirmək, gəlirlərini artırmaq baxımdan yadda qalan 2019-cu ilin mart və sentyabr aylarında iki sosial paketin icra edilməsi nəticəsində minimum əməkhaqqı səviyyəsi 130 manatdan 250 manata qaldırılmaqla ilk dəfə olaraq nəinki ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə çatdı, hətta onu keçdi. Halbuki, minimum əməkhaqqı səviyyəsi yaşayış minimumdan yüksək olmaqla yanaşı, ölkə üzrə adambaşına düşən aylıq minimum istehlak səbətinin dəyərini, həmçinin ünvanlı dövlət sosial yardımını təyin etmək məqsədilə ehtiyac meyarının da əsasını təşkil etməli və əhalinin dolanışıq vəziyyətini müəyyən etmək sarıdan heç bir ziddiyyət və dolaşıqlığa yol açmamalıdır. Hökumət də neçə illər idi ki, məhz buna çalışırdı.

Bu mənada, ehtiyac meyarı göstəricisi də ya yaşayış minimumu göstəricisinə çatdırılmalı və yaxud ən düzü, ümumiyyətlə, ləğv olunmalıdır. Məlumdur ki, ehtiyac meyarı ünvanlı dövlət sosial yardımın təyin olunmasında əsas qayə təşkil edir və məhz bu məqsədlə təsdiqlənir. Yeri gəlmişkən, 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat olacaq (cari ildə isə 170 manat idi). Yaşayış minimumunun həddi isə 2022-ci ildə 210 manat məbləğində müəyyən ediləcək ki, əmək qabiliyyətli əhali üçün bu rəqəm 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat təşkil edəcək.


Müəllifin əvvəlki yazıları:

Lirə böhranı: Türkiyənin səhvi nədədir? – TƏHLİL
Minimum əmək haqqının əhəmiyyəti artmalıdır – TƏHLİL
Əhalinin gəlirlərinin artması üçün islahatlar davam etməlidir – TƏHLİL
Dollara tələb niyə azdır? Müsbət və mənfi məqamlar – TƏHLİL
Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL
Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL

Xatırladım ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti göstəricisi olan yerdə ehtiyac meyarının olması və ayrıca hesablanması hansı məntiqə əsaslanır?! Bu, əhalinin ən zəruri sosial tələbatının aşkarlanması və ödənilməsi mexanizmində dolaşıqlıq yaratmırmı?!?

Yeri gəlmişkən, yaşayış minimumu göstəricisinin gələn ildən ölkə üzrə 14 manat artırılaraq 210 manat, ehtiyac meyarının isə bir az da çox, yəni 30 manat artırılaraq, 200 manat edilməsi iki göstərici arasında mövcud fərqi əhəmiyyətli dərəcədə azaltmaqla sonraki ildə onları bərabərləşdirmək üçün əsas yaradır. Və bu da ehtiyac meyarı göstəricisinin ümumiyyətlə ləğv edilməli olduğunu bir daha təsdiqləyərək, real olaraq geniş imkanlar açır.

Ehtiyac meyarı göstəricisinin yaşayış minimumuna çatdırılması ünvanlı dövlət sosial yardımının məbləğinin artması yolu ilə həm effektliliyin yüksəlməsinə şərait yaradır, həm də sözügedən yardıma həqiqi ehtiyacı olan kontingenti dəqiq müəyyən etməyə daha çox imkanlar açır. Söhbət əgər, hər şeyin yaşayış minimumu göstəricisi ilə həll edilməsindən gedərsə, ölkədə həyata keçirilən ümumi sosial müdafiə siyasəti konsepsiyası daha çox təyinatlı və səmərəli xarakter kəsb edə bilər.

Ümumiyyətlə, hesab edirəm, əsas diqqət minimum istehlak səbəti üzərində cəmləşdirilməlidir. Və hökumət tərəfindən bu göstəriciyə 3 ildən bir deyil, hər növbəti il üçün yenidən baxılmalıdır. Bunun da əsasında ölkə üzrə yaşayış minimumu göstəriciləri təzələnməli və yenidən müəyyən edilərək təyin olunmalıdır. Minimum əmək haqqı səviyyəsi və yaxud həddi isə bütün bunların üzərində təsbit olmalıdır.

Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Dövləti borca salanlar – TƏHLİL
Dövlət rüsumları niyə dəyişdirilir - TƏHLİL
Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb - TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL


Teqlər:





Xəbər lenti