DSMF jurnalistlərə pul verəcək
Müsabiqənin şərtləri:
Müsabiqəyə 01 aprel 2014-cü il tarixdən 01 iyun 2014-cü il tarixədək Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi elektron xidmətlərlə bağlı qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, radio və televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunmalıdır. Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır.
Materiallar 01 iyun 2014-cü il tarixdən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi (tarix və nömrəsi) göstərilməklə DSMF-nin aparıcı mütəxəssislərindən ibarət yaradılmış Komissiyaya təqdim edilməlidir.
Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və teleradio materiallarının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar:
Qəzet və jurnallarda, saytlarda dərc olunmuş ən yaxşı məqalələr üzrə: 1-ci yer – 800 manat;
2-ci yer – hər biri 500 manat olmaqla iki yer;
3-cü yer – hər biri 300 manat olmaqla üç yer.
Televiziya və radio kanallarında verilmiş ən yaxşı teleradio verilişləri və telesüjetlər üzrə:
1-ci yer – 800 manat;
2-ci yer – hər biri 500 manat olmaqla iki yer;
3-cü yer – hər biri 300 manat olmaqla iki yer. Hər iki nominasiya üzrə ümumilikdə 15 həvəsləndirici mükafat - cəmi 1500 manat məbləğində.
Eyni zamanda bildirilib ki, komissiyaya DSMF-nin sədr müavini Zakir Babayev rəhbərlik edir.
Müsabiqə komissiyası Ünvan: Bakı şəhəri, H.Zərdabi prospekti 80 Dövlət Sosial Müdafiə Fondu Əlaqə telefonu: 434-60-12