Rza Zərrabın Türkiyədən qaçdığı deyilir

Rza Zərrabın Türkiyədən qaçdığı deyilir
  30 Mart 2014    Oxunub:987
AzVision.az yerlii mətbuata istinadən xəbər verir ki, Türkiyədə yaşayıb fəaliyyət göstərən iş adamı Rza Zərrabın ölkədən qaçdığı barədə xəbərlər yayılıb.

Məlumata görə, müğənni Ebru Gündəşin həyat yoldaşı olan bu şəxs dekabr ayının 17-i rüşvət ittihamı ilə həbs edilib daha sonra isə azadlığa buraxılıb. Ötən gündən etibarən Türkiyə mətbuatında Rzanın ölkəni tərk etdiyi barədə məlumatlar dərc olunmağa başlayıb.

Məhkəmənin qərarı ilə azadlığa buraxılan Rza Zərrabın ölkəni tərk etməyə icazəsi olmadığı deyilir. Ölkədən çıxmağına qadağa qoyulan Rzadan hər həftədən sonra Türkiyədə olduğunu isbatlayan sənədin imzalaması istənilib.

7, 14 və 21 martda Kuştepe Polis idarəsinə gedib, imza atan Rzanın bu həftə tələbə əməl etmədiyi deyilir. Mətbuatda və sosial şəbəkələrdə iş adamının ölkədən qaçdığı xəbərləri yayılıb. Lakin Rza Zərrabın vəkili KİV-ə verdiyi açıqlamada müştərisinin imza üçün başqa polis idarəsinə getdiyini bildirib.


Teqlər:





Xəbər lenti