Avtomobil icra başçısının evinə çırpılıb, yaralananlar var

Avtomobil icra başçısının evinə çırpılıb, yaralananlar var
  29 Mart 2014    Oxunub:989
Göygöldə iki gəncin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az xəbər verir ki, Göygöl Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Rauf Teymurazov atasına məxsus “Mercedes” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən, idarəetməni itirib və yolun kənarındakı yaşayış evinin divarına çırpıb. Hadisə nəticəsində sürücü və sərnişin, 1993-cü il təvəllüdlü Elbrus Əmiraslanovağır bədən xəsarətləri alıblar. Gəncədə xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Göygöl Rayon Polis Şöbəsindən bildiriblər ki, avtomobilin çırpıldığı ev hazırda İmişli rayon icra başçısı olan Vilyam Hacıyevə məxsusdur.


Teqlər:





Xəbər lenti