Bill Qeyts uşaqlarını mirasdan məhrum edib

Bill Qeyts uşaqlarını mirasdan məhrum edib
  29 Mart 2014    Oxunub:3780
AzVision.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, var-dövləti 76 milyard dollar dəyərində qiymətləndirilən, dünyanın məşhur “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts uşaqlarını miras hüququndan məhrum etmək qərarına gəlib.

Belə ki, milyarder ölümündən sonra ona məxsus bütün pulların “Bill & Melinda Gates Foundation” Xeyriyyə Fonduna köçürülməsini vəsiyyət edib.

Qeyd edək ki, dünyada yoxsulluğun azaldılması, tibb və təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə məşğul olan fond dünyanın ən iri xeyriyyə təşkilatı hesab edilir.

Məlumat üçün bildirək ki, B.Qeytsin üç övladı – iki qızı və bir oğlu var.

“Microsoft” yaradıcısı hesab edir ki, onun uşaqları firavan yaşamaq üçün çox işləməyin vacib olmasını başa düşmələdirlər. O, bu qərarı həyat yoldaşı ilə birlikdə qəbul edib.


B.Qeytsin uşaqları atalarının mirasından məhrum olmasına baxmayaraq həyatda uğurlu başlanğıc üçün lazım olan hər şeyi əldə edəcəklər. Belə ki, milyarder uşaqları ən yaxşı təhsil ocağında oxuyur və gələcəkdə onların yüksək nailiyyətlər əldə etmələri üçün bütün lazımi şərait yaradılıb,


Teqlər:  





Xəbər lenti