Şuranın təmsilçiləri Macarıstana gedəcək
Şura sədri səfər çərçivəsində Azərbaycanın və Macarıstanın müasir inkişaf modelllərinə həsr olunmuş seminar, eyni zamanda insan haqları, milli azlıqlar, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlər, Şərq Tərəfdaşlığı proqramı, vətəndaş cəmiyyəti quruculuğu istiqamətlərində ixtisaslaşmış QHT-lərin təcrübə mübadiləsinin keçiriləcəyini qeyd edib.
Azay Quliyev Şuranın fəaliyyətində hər zaman Azərbaycan həqiqətlərinin dünyada tanıdılması məsələsinin prioritet təşkil etdiyini və ötən ildən başlayaraq həyata keçirilən xarici QHT-lərin layihələrinin dəstəklənməsi proqramınında bu cəhətdən böyük fürsət olduğunu söyləyib.
Nümayəndə heyətinə daxil olan QHT-lərin üzərinə böyük məsuliyyətin düşdüyün bildirən Şura sədri keçiriləcək görüşlərlə bağlı QHT sədrlərinin təkliflərini dinləyib və mövzu ətrafında müzakirələr aparılıb.
Teqlər: