Buddistlər BMT-nin yardım fonduna hücum etdi

Buddistlər BMT-nin yardım fonduna hücum etdi
  28 Mart 2014    Oxunub:1005
AzVision.az Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Myanmanın qərbində yerləşən Arakan ştatının paytaxtı Sitvedə bir qrup buddist beynəlxalq yardım fondunun ofisini daş-qalaq edib.

Əyalət sözçüsü Vin Myainqin sözlərinə görə, 300-ə yaxın buddist ”Malteser Beynəlxalq Yardım Təşkilatı”nın binası önündə bayraqları endirib, binanı əhatəyə alıblar. Buddistlər daha sonra beynəlxalq yardım təşkilatının işçilərinin məskunlaşdıqları evləri daş-qalaq ediblər. Hələ də davam edən hadisələrdə ölən və ya yaralananların olub-olmadığı qeyd olunmur.

Qeyd edək ki, “Malteser Beynəlxalq Yardım Təşkilatı” ölkədə yaşayan və ayrı-seçkiliyə məruz qalan Rohinya müsəlmanlarına yardım göstərir.


Teqlər:





Xəbər lenti