"Lazımsız dərmanlar uşaqlarda qastritə səbəb olur" - Həkim

   "Lazımsız dərmanlar uşaqlarda qastritə səbəb olur" -    Həkim
  27 Oktyabr 2021    Oxunub :344
“Hər il olduğu kimi bu il də payız və qış aylarında həm uşaq, həm də böyüklərdə immunitetin zəifləməsi baş verir”.
AzVision.az -ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova "Uşaqlar və COVID-19 " mövzusunda çıxışında deyib. O bildirib ki, uşaqların immun sistemin güclənməsi üçün onların gün rejiminə, qidalanmasına diqqət edilməlidir: “Balanslaşdırılmamış qidalanma uşaqların immun sisteminin zəifləməsinə səbəb olur. Körpə uşaqların ana südü ilə qidalanmasına, daha böyük uşaqlarda isə düzgün qidalanmaya diqqət etmək lazımdır. Həmçinin ailədə stress az olmalıdır, kiçik yaşlı uşaqlar təmiz havaya çıxarılmalıdır”.

Şöbə müdiri qeyd edib ki, uşağın iştahı olmayanda vitamin verirlər , amma bu, doğru deyil: “Həkim məsləhət görmədən vitaminin verilməsi də fəsadlara gətirib çıxara bilər. Elə vitamin var ki, onlar bədəndən çıxmır, orqanizmdə yüklənib qala, ciddi fəsadlar ortaya çıxara bilər. İltihab əleyhinə lazımsız dərmanlar uşaqlarda qastrit xəstəliyinə səbəb olur. Koronavirusa görə indi hamı təlaşdadır. Buna görə insanlar lazım gəlmədikdə belə antibiotiklərdən istifadə edirlər. Bunların çox ziyanları var. Eləsi var ki, azyaşlı uşağa ümumiyyətlə tövsiyə olunmur”.

AzVision.az

Teqlər: Səhiyyə   Uşaq  







Xəbər lenti