Piyadanı vurub öldürən sürücüyə cinayət işi açılıb

Piyadanı vurub öldürən sürücüyə cinayət işi açılıb
  25 Oktyabr 2021    Oxunub:770
Oktyabrın 23-də Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov AzVision.az -a bildirib ki, S.Rəhimov küçəsində şəhər sakini, 1982-ci təvəllüdlü Ramin Abbasovun idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçmək istəyən piyada 1954 cü il təvəllüdlü İbrahim Bayramovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Faktla əlaqədar olaraq polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində sürücü Ramin Abbasov barəsində Cinayət Məcəlləsinin 263.2-ci( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti