İtən təyyarə haqqında növbəti müəmma
Axtarışların fəallaşması Malayziya təyyarəsinə məxsus ola biləcək 122 əşyanın peykdən aşkar edilməsinə təsadüf edir. Təsvirlər Fransada mənzillənən Airbus Defence and Space şirkəti tərəfindən çəkilib.
Martın 23-də çəkilmiş görüntülərdəki əşyalardan biri 23 mert uzunluğundadır, Malayziyanın nəqliyyat naziri Hişamuddin Hüseyn deyib.
"Bu axtarış əməliyyatlarının yönləndirilməsinə kömək edəcək yeni dəlildir".
4-cü dəfədir ki, peykdən təyyarəyə məxsus olduğu güman edilən qırıntılar müşahidə edilir. İndiyədək Boeing hissələrinin axtarışı üzrə səylər nəticə verməyib.
Əşyalar Avstraliyanın qərb sahilindən qərbə doğru 2,557 km aralıda yerləşir. Dənizdə təhlükəsizlik üzrə Avstraliyanın dövlət qurumu axtrışda 12 təyyərinin iştirak etdiyini bildirib.
Martın 8-də МН370 reysilə Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yollarına məxsus Boeing-777 təyyarəsi göyə qalxdıqdan bir müddət keçmiş yoxa çıxmışdı. Təyyarənin göyərtəsindəki 239 adamdan 153-ü Çin vətəndaşı olub.