Megafun yanğınla bağlı məlumat yaydı

Megafun yanğınla bağlı məlumat yaydı
  26 Mart 2014    Oxunub:1048
"Yanğından əyləncə mərkəzinə heç bir zərər dəyməyib".
Megafun əyləncə mərkəzi bu gün baş vermiş yanğınla bağlı məlumat yayıb. AzVision.az xəbər verir ki, yanğın əyləncə mərkəzinin ərazisində olmayıb.

"Megafun-a aid olmayan restoranların birinin kiçik manqalında alovlanma baş verib. Alov FHN-nin əməkdaşları əraziyə gələnədək restoran əməkdaşları tərəfindən söndürülüb. Nəzərinizə çatdıraq ki, Megafun əyləncə mərkəzinə bununla bağlı heç bir zərər dəyməyib. Megafun öz fəaliyyətinə davam edir . Hər zaman Sizi və ailənizi görməyə şad olacağıq".


Teqlər:





Xəbər lenti