Musavat.com-un aldığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin yanğını söndürmək üçün hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər briqadası öz işlərini görmək üçün əraziyə daxil olmaqda olduqca ciddi çətinliklə üzləşiblər.
Mərkəzin direktoru Nurlana Abdülnabi bildirib ki, “Şəki” restoranında mətbəx qismində istifadə olunan kiçik otaq yanıb. Otaq binanın ikinci mərtəbəsində yerləşir. Yanğın yanğınsöndürmə balonları vasitəsi ilə işçilər tərəfindən söndürülüb. Hazırda hadisə tamamilə nəzarət altındadır.