Qəzetlər nədən yazır?

Qəzetlər nədən yazır?
  01 Aprel 2013    Oxunub:2455
Yeni Müsavat

Qənimət Zahidin 12 aprel aksiyası fikir ayrılığı yaratdı


Facebook sosial şəbəkəsində növbəti aksiya təyin olunub. Aprelin 12-də, saat 18:00-da gənclər Fəvvarələr meydanında “Gənclərdən əlini çək!” adlı aksiya keçirəcəklər. Bununla bağlı facebookda qrup yaradılıb. Aksiya ilə bağlı çağırış qrupu “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid tərəfindən yaradılıb. Müsavat Gənclər Təşkilatının bu aksiyaya münasibəti fərqlidir. Partiya başqanının gənclər üzrə müşaviri Rüfət Hacıbəyli hesab edir ki, belə ciddi məsələlər virtualda çağırış səhifəsi yaratmaqla həll olunmur. AXCP gənclər komitəsinin rəhbəri Əbülfəz Qurbanlı isə bildirdi ki, hələlik ilkin mərhələdir, müzakirələr gedir və aksiya təklifini dəstəkləyirlər.

Müxalifətdə olan siyasi partiyalar yeni format yaradır?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Xalq Partiyasının sədri Pənah Hüseyn əvvəl “Şuşa”, sonra isə “Liman” restoranlarında bir araya gəliblər. İşin qəribə tərəfi isə budur ki, görüş iştirakçılarının hərəsi bir cür izahat verirdilər. Lakin bilinən budur ki, müxalifət düşərgəsində yeni bir proses start götürüb. Həmin prosesin detalları barədə hələlik heç kimdə məlumat yoxdur - lakin “dostlar olaraq çay içən” liderlərin tərkibinə baxanda aydın olur ki, bu prosesdən düşərgənin nəhəng təşkilatlarının da xəbərləri var. Sərdar Cəlaloğlu deyib ki, “...Siyasi partiyalarla bağlı ciddi təşəbbüslər var. Bu təşəbbüslər müxtəlif tərəflərdən gəlir. Mahiyyət isə odur ki, özünü müxalif hesab edən, Azərbaycanda rejim dəyişikliyinin zəruriliyi mövqeyində olan siyasi partiyalar toplanıb ölkənin aktual problemlərini müzakirə etsinlər. Yaxın günlərdə belə bir tədbirin reallaşması ehtimalı kifayət qədər yüksəkdir. Müəyyən təkliflər, planlar, ilkin razılıqlar var”.

Gündəm Xəbər

Rəsul Quliyev səviyyəsini göstərdi


Azərbaycanın sabiq parlament spikeri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə Müsavat funksioneri Arif Hacılı arasında qalmaqal daha da qızışıb. A. Hacılı haqda kəskin fikirlər səsələndirən eks-spiker bu dəfə onun geyim tərzini ələ salıb. Modern.az-ın məlumatına görə, sosial şəbəkə istifadəçiləri tərəfindən ona ünvanlanan “Arif Hacılıya nə üçün yuxarıdan baxırsınız” sualına sabiq spiker belə cavab verib: “Nə qafası, nə iş bacarığı olmayan birisini məsələn gətirib başqan qoymusan. O vəzifədə qalxıb. Ya ona özünlə bir səviyyədə, ya da aşağıdan-yuxarı baxmalısan. Bu insanlar elə cılız insanlardır ki istənilən vəzifədə və ya geyimdə, davranışda elə aşağıdakı yazıq vəziyyətindədirlər. İstər istəməz sən onunla nazir kimi yox, zəif anlayan bir adam kimi davranırsan. Bunun adına çox qısa şəkildə həmişə yuxarıdan aşağıya baxmışam deyillər. Bu konkret insanın əqli və insanı imkanlarına münasibət formasıdır və həyatda ən geniş yayılıbdır”-deyə R.Quliyev bildirib.


Azadlıq

Nazir Ramil Usubovun adına saxta facebook səhifəsi açılıb


Son vaxtlar sosial şəbəkələrdən birində Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubovun adına daha bir profil açılıb. Daxili İşlər Nazirliyi həmin profilin saxta olduğunu və Ramil Usubova heç bir aidiyyatı olmadığını bildirir. Bundan əvvəl eyni qayda ilə açılmış iki saxta profili yaradanların müəyyənləşdirilərək barələrində müvafiq tədbirin görüldüyünü DİN açıqlayıb ki, yeni profilin də nazirə aidiyyatı yoxdur və nazirə müraciət üçün DİN-in rəsmi internet saytı var.


«7 saylı poliklinikada arayışlar pulla verilir»

“Xətai rayonunda yerləşən 7 saylı poliklinikada “Forma 86” və sürücülük vəsiqəsi almaq üçün sağlamlıq arayışını pulla verirlər. “Forma 86” 20 manata, sürücülük üçün arayış isə 50 manata satılır. Halbuki, arayışlar pulsuz verilməlidir” – bunu Xətai rayon sakini olan adının çəkilməsini istəməyən məcburi köçkün deyib.
Baş həkim Şəlalə Səfərova: “Deyilənlərin hamısı yalandır”.


Teqlər:





Xəbər lenti