Azad Rəhimov gənclərlə görüşür

Azad Rəhimov gənclərlə görüşür
  01 Aprel 2013    Oxunub:1401
Gənclər və idman naziri sabah vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov tərəfindən aprel ayının 2-də Lənkəran şəhərində vətəndaşların qəbulu keçiriləcək.

AzVision.az xəbər verir ki, qəbulda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinləri iştirak edəcək.

Qəbul saat 11-00 -da Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində (Lənkəran şəhəri, Z.Əliyeva küç.2) başlanacaq.

Qəbula gəlmək istəyən gənc vətəndaşların şənbə və bazar günləri də daxil olmaqla aşağıda qeyd olunmuş rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamaları xahiş olunur.


Teqlər:





Xəbər lenti