Hərbiçilərimiz kurslara yazılır

Hərbiçilərimiz kurslara yazılır
  01 Aprel 2013    Oxunub:1128
Azərbaycan və ABŞ aprel ayında birgə hərbi kurslar keçirəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən "Parlament - hərbi əlaqələr və nəzarət" mövzusunda keçiriləcək ilk kurslar 9-12 aprel tarixlərində Almaniyanın Qarmiş-Partenkirhen əyalətində baş tutacaq.

İkitərəfli əməkdaşlıq planına əsasən, həmçinin aprelin 10-dan başlayaraq ABŞ-ın San-Antoniyo şəhərində iki illik "Motoatıcı kapitanları" kursu, həmin şəhərdə il yarımlıq "Artilleriya kapitanları" kursu keçiriləcək.



Teqlər:  





Xəbər lenti