DÇ-2022: Azərbaycan millisi Portuqaliyaya qarşı

      DÇ-2022:     Azərbaycan millisi Portuqaliyaya qarşı
  07 Sentyabr 2021    Oxunub:1031
Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Azvision.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 5-ci matçında Portuqaliya yığmasını qəbul edəcək.

Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü italiyalı FIFA referisi Marko Quida idarə edəcək. Ona yan xətt hakimləri Filippo Meli, Alessandro Kostanzo köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını isə Fabio Mareska yerinə yetirəcək.

Azvision.az


Teqlər:





Xəbər lenti