Amaliya Pənahovanın xatirə barelyefinin açılışı olub

Amaliya Pənahovanın xatirə barelyefinin açılışı olub
  02 Avqust 2021    Oxunub:1803
Bu gün görkəmli teatr və kino xadimi, Xalq artisti, Dövlət mükafatı laureatı Amaliya Pənahovanın (1945-2018) Bakı şəhərində yaşadığı binanın (Fikrət Əmirov küçəsi 1) fasadında barelyefinin açılış mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov, Yazıçılar Birliyinin sədri Anar, Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri Azər Paşa Nemətov, xalq artistləri Həmidə Ömərova, Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Rasim Balayev və aktrisanın digər həmkarları iştirak ediblər.

Sonra müəllifi heykəltəraş, Xalq rəssamı Natiq Əliyev olan barelyefin açılışını bildirən qırmızı lent kəsilib.

Qeyd edək ki, Xalq artisti Amaliya Pənahovanın barelyefi Nazirlər Kabinetinin 21 iyun 2019-cu il tarixli sərəncamına əsasən hazırlanıb. Sərəncamda sənətkarın yaşadığı binaya onun xatirə lövhəsinin vurulması Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdı.





Azvision.az



Teqlər: AmaliyaPənahova  





Xəbər lenti